NATO Liviya diktatoru Müammər Qəzzafinin 8 hərbi gəmisini batırıb. Bu barədə Liviyadakı NATO missiyası komandanlığından yayılan məluamtda bildirilir. Məlumata görə, hərbi gəmilər Liviyanın mülki vətəndaşlarını və dənizdəki NATO qüvvələrini müdafiə məqsədilə zərərsizləşdirilib. Gəmilər eyni vaxtda paytaxt Tripoli, Humus və Sirt limanlarına edilən hücumlar zamanı vurulub.


