Razi Nurullayev Ankarada səfirlərlə görüşdü

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini, “Region” Beynəlxalq Analitik Mərkəz (RBAM) rəhbəri Razi Nurullayev Ankarada Avstraliya səfiri James Larsen, Yeni Zelandiya səfiri Jonathan Curr və İrlandiya səfiri Kenneth Thompson ilə görüşüb. Yemək süfrəsi arxasında səfirlər və Razi Nurullayev Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində yaranan problemləri, həbsləri və ictimai-siyasi vəziyyəti müzakirə ediblər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da ətraflı fikir mübadiləsi aparılıb.