Səxavət Əlisoy Müsavat rəhbərliyini aşağıladı

“Yalnız KİŞİlər KİŞİ kimi qərar vermək iqtidarındadır”

Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy partiyadan çıxarılması ilə bağlı facebook səhifəsində maraqlı status paylaşıb. Statusda deyilir: 

“Yalnız KİŞİlər KİŞİ kimi hərəkət edə bilir! Plan üzrə məni və Əlövsət Talışxanlını “ağsaçlının” məsləhəti ilə partiyadan kənarlaşdırmalı, sonra da digər narazıları qorxutmaq üçün Vurğun Əyyubu və Qubad İbadoğlunu cəzalandırmalı idi OYUNCAQ BAŞQAN.

Hikmət bəyin iki gün əvvəlki açıqlaması gerizəkalıları taktik dəyişdirməyə vadar etdi. Məni partiyadan xaric edib, Əlövsət bəyə töhmət elan etdilər. Və bununla hesab etdilər ki, Hikmət bəyi fikrindən döndərərlər.

Gerizəkalıların planı gerçəkləşmədi. Töhmətə layiq gördükləri Əlövsət Talışxanlı Hacılını başqan saymağı qüruruna sığışdırmadığı üçün istefasını bəyan etdi. Daha sonra Hikmət Hacızadə Hacılı dəstəsini intizarda qoymayaraq istefa bəyanatını açıqladı.

Gerçəkdən, yalnız KİŞİlər KİŞİ kimi qərar vermək iqtidarındadır.

Tanrı ŞƏRə qarşı vuruşanlara dayaq olsun!”.