Sizinki can, millətinki badımcanmı?

Bu günlərdə mətbuatda Dövlət Statistika Komitəsinin son iki ayda Azərbaycan vətəndaşlarının gəlirlərinin artması haqda hesabatını oxudum. Bəyan olunurdu ki,əhalinin son 60 gündə gəliri 4,1 faiz artaraq, illik 3229,9 manat və ya orta hesabla ayda 322,5 manat təşkil edir. 

Hesabatda daha sonra göstərilir ki, bütün icbari və könüllü haqlar (istehlak tələbatı, kreditlər,əlavə xərclər və.s) ödənildikdən sonra hazırda ölkəəhalisinin ixtiyarında 27,6 milyard manat qalıb. 

Yəni loru dildə desək, millət pulu xərcləməyə yer tapmır. 

“Bəzi həmkarlarımdan fərqli olaraq, mən bu qurumuəslində o qədər də lazımsız saymıram, ləğv edilməsinə qarşıyam. Götürək elə yuxarıdakı hesabatı… 

Ənəvvəl ondan başlayaq ki, statistika nə qədər romantik sahə olsa da, ölkəmizdəki digər qurumlar kimi, rejimə tabedir. Yəni ölkədə nə qədər insanınət, nə qədər insanın isə kartof yediyini bilsə də, hesabatında hamının bozbaş yediyini bəyan etməyə məcburdur. 

Belə ki, iri məmurların, vəzifəli şəxslərin harın balalarının gündəlik “rasxodları” kasıb-kusubun menyusu ilə birləşdirilir və ümumi “şot” hazırlanır…

Bu 27 milyard 600 milyon manat da bu qəbildəndir. 

Milyonlarla insanın bu milyardlarla nə yaxından, nə uzaqdanəlaqəsi var. Ölkəninən böyük qulluqçu ordu olan müəllimlərin, həkimlərin, eləcə də sayı on minlərlə ölçülən kiçik məmur ordusunun aldıqları maaşın bir neçə günə bitməsi heç kimə sir deyil.

Ölkədəki bütün aylıqəmək haqlarını “yuvarlaqlaşdırıb”, onu orta hesabla 500 manatdan yüksək kimi göstərsələr də, həqiqət budur ki, milyonlarla insan bu qədər maaş almır. 

Hətta bu yaxınlarda Vergilər Nazirliyi bütün işçilərinin aldıqları maaşı açıqladı, cəmiyyət sözünəsl mənasında şoka düşdü. Məlum oldu ki, vergi orqanlarında o maaşla yalnız beş-on nəfər ailə saxlaya bilər. Nazirliyin “virtual cazibə”sindən kənarda, yəni real həyatda yüzlərlə vergi məmuru var ki, el arasında onlar üçün “bir donuz fermasıəksikdir” deyirlər. 

Kağız üzərində istənilən məmur məsumdur, hətta mən deyərdim ki, haradasa “altruist”dir. Yəni onlar üçün öncə Vətən, millət, Heydər gəlir. Sənədlərə inansaq, məsələn, ayda 350 manat maaş alan iri vergi məmuru “bir həsirdi, bir də Məmmədnəsir”…

Fikir vermisinizsə, məmurlar çox nadir halda el arasına, mətbuata çıxırlar. Bütün günü kabinetlərdə otururlar. Hətta bir çox nazirlikdə zona müşavirələri selektorla, yəni müasir texnologiyanın verdiyi imkanlar sayəsində virtual keçir. Bakıda oturub,əyaləti topa tuturlar. Birinci səbəb çox sadədir – belə ki, hər an kabinetə kimsə rüşvət vermək üçün daxil ola bilər. Ikinci səbəb isə, bir az mürəkkəbdir – belə ki, məmurlar öz qabaritlərinə, bəxtəvər üz cizgilərinə görə,əhalidən kəskin dərəcədə fərqlənirlər. Yəni məmur xalqın verəcəyi sualın cavabını onun sifətində tapıb, qəzəblənməsindən ehtiyat edir. 

…Şevernadze dövrünün Gürcüstanında da belə idi. Saakaşvili gələnədək. O neylədi?

Mixail Saakaşvili ilk dəfə Gürcüstan prezidenti seçildikdən sonra müvafiq qurumlara ölkəninən varlı məmurları haqda dosyelərin toplanmasına göstəriş verdi. Nəticə çox ilginc idi – iri məmurların hamısı məsum idi, sənədlərə görə onlar sadə Gürcüstan vətəndaşlarından heç nə ilə fərqlənmirdilər. Hamı kimi onların adına sovet dövründən qalma mənzil, bağ evi, cüzi məbləğdə bank hesabı var idi. Ölkəninəri ticarət obyektləri, restoran və hotellər, banklar, şirkətlər, dəyəri milyonlarla ölçülən daşınmazəmlakların sahibləri isə,əksinə, sadə gürcüstanlılar çıxdı. Məsələn, məlum oldu ki, paytaxtınən bahalı və dəbdəbəli restoranı sovet dövründə poçt işçisi olmuş bir təqaüdçü qadına məxsusdur. Aylıq dövriyyəsi on milyon dollarla ölçülən digər iri şirkətin sahibi isə, adi müəllim çıxdı…

Mixail bu gizli “oliqarx”ların kimliyini araşdırarkən ortaya… iri məmurlar çıxdı. Xanımlardan nazir qaynanası çıxdı, başqa birisi komitə sədrinin qudası çıxdı və s. 

Deyirəm, Statistika Komitəsi ölkədəki daşınmazəmlakları, obyektləri daəhalinin sayına bölsəydi, yəqin ki, təkcə bozbaşla təsəlli tapmazdıq.