Torpaq sahələrinin qeydiyyatında artımın səbəbi nədir?

Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, 2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda daşınmazəmlakla hüquqiəməliyyatların sayı artıb. “Media forum” saytına verilən rəsmi açıqlamaya görə, 10 ayda Azərbaycanda 168 min daşınmazəmlak qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmazəmlakın qeydiyyatı 17,4 faiz artıb.

Qeydiyyatı aparılanəmlaklardan 34,4 mini fərdi yaşayış və bağ evi, 46,6 mini mənzil, təqribən 79 mini torpaq sahəsi, 3,9 mini qeyri-yaşayış binası, təqribən 3 mini qeyri-yaşayış sahəsi, 50-si çoxmərtəbəli yaşayış binası olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37 faiz, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 15 faiz, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı isə 43 faiz artıb.

Bu ilin ilk 10 ayında 47,3 min daşınmazəmlak ilkin qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 19% çoxdur.

Ekspertlər “Azadlıq”a bildirib ki, torpaq sahələrinin qeydiyyatındaəhəmiyyətli artımın olması məmurların aldıqlarıəraziləri leqallaşdırmağa başlamaları iləəlaqədardır. “Azərbaycan məmurlarına məxsus iri torpaq sahələri var idi ki, onlar qeydiyyata alınmamışdı. Amma artıq şərtlər bir qədər yüngülləşdiyinə görə, onlar torpaq sahələrini qeydiyyata aldırmağa başlayıblar”.