«Azərbaycan iqtisadiyyatını diversifikasiya edə bilməyib»
Azərbaycan iqtisadiyyatının birqütblü olması, neft amili üzərində dayanması, hamıya məlumdur. Yəni, hakimiyət iqtisadi inkişafdan danışa da, nə ölkə ictmaiyyəti, nə də beynəlxalq aləm bunu qəbul etmir. Ölkə ictmaiyyəti real həyatında bu inkişafı görmədiyi üçün, beynəlxalq aləm isə, araşdırmaların əks nəticə vediyinə görə bu “uğur”ları həzm etmir.
Bəli, Azərbaycan iqtisadiyyatının şaxələnmədiyini, düzgün iqtisadi siyasətin yeridlimədiyini, təkcə ölkə müxalifəti və iqtisadçı ekspertlər söyləmir. Həm də beynəlxalq ekspertlər bu faktları Azərbaycan hökumətinin açıq şəkildə üzünə deyir.
Belə ki, MDB Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı Idarə Heyətinin sədri Cahangir Hacıyev çıxışı zamanı bildirib ki, Mərkəzi Bank tərəfindən 2015-ci ilin yanvarın 1-dən ölkədəki bankların məcmu kapitalı 50 mln. manat olmalıdır. Kapital tələbinin 5 dəfəyədək artırılması bank sisteminin effektivliyinə müsbət təsir edəcək.
MDB ölkələrinin Maliyyə-Bank Şurasının koordinasiya şurasının sədri Anatoli Kazakov bildirib ki, dünyada siyasi və iqtisadi gərginlik hökm sürdüyü şəraitdə MDB ölkələri arasında əməkdaşlıq dərinləşdirilməlidir.
“Əməkdaşlığın genişləndirilməsi üçün yeni yollar və konsepsiya tapılmalıdır. Düzdür, 2020-ci ilə qədər konsepsiya hazırlanıb. Bununla belə, bizim iqtisadiyyat üçün uzunmüddətli pul lazımdır. Neftin qiymətinin azalması fonunda bu mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Rusiya və Qazaxıstan hələ iqtisadiyyatını diversifikasiya edə bilməyib. Buna görə də gərgin gözləntilər ola bilər” – deyə Anatoli Kazakov bildirib.
Əslində, Kazakov səsləndirdiyi fikirlər Ilham Əliyevin “uğurlu inkişaf” iddialarının darmadağın edilməsidir. Çünki, şaxələnməmiş iqtisadiyyatın hökm sürdüyü ölkədə, analoqsuz iqtisadi siyasətdən danışmaq absurddur.
Yəni, məlum olur ki, hakimiyyətin yeganə tutacağına çevrilmiş sahə də, şikəstdir. Bu həm də Əliyev hakimiyyətinə o mesajın verilməsidir ki, analoqsuz iqtisadi inkişafdan danışanda, ətrafa diqqətlə baxmaq lazımdır.
Azərbaycandakı mövcud hakimiyyət neftdən gələn pullar hesabına bütün tələbatını ödəyə bildiyinə görə, qeyri-neft sektorunun inkişafına vaxt sərf etməyə ehtiyac görməyib. Məhz bunun göstəricisidir ki, Azərbatycanın neftsiz büdcəsi, Gürcüstanın dövlət büdcəsnidən azdır.
Bəli, uzun illər ərzində neftdən gəlmiş milyardlar bir qrup insanın şəxsi büdcəsinə çevrildiyi üçün, bu pullar digər sahələrin inkişafına yatırılmayıb.
Uzun illərdən sonra MDB Maliyyə-Bank şurasının vitse-prezidenti də bu danılmaz reallığı dilinə gətirdi. Bu adam isə, nə müxalifətçidi, nə tənqidi medianın yazarıdı, nə də hakimiyyətlə qərəzi var.
Sadəcə olaraq, real vəziyyəti dilə gətirib, 21 illik “uğur”un, əslində uğursuzluq olduğunu göstərib.
Akif


