Cəbhəçi gənc qəzada vəfat etdi

Bakıda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, noyabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi “QAZ-3302” və Emin İbrahimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. E. İbrahimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, E. İbrahimov noyabrın 13-də orada ölüb.

 Araşdırma aparılır. Qeyd edək ki, Emin İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvüdür.