AXCP sədrinin müavini Tuğrul Türkeşlə görüşüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev Ankarada Milliyətçi Hərakat Partiyasının Türk dünyası və beynəlxalq məsələlər üzrə Genel Başkan yardımçısı, millet vekili, Milliyətçi Hərakat Partiyasının keçmiş lideri Alparslan Türkeşin oğlu Tuğrul Türkeş ilə görüşüb. Görüşdə AXCP ilə Milliyətçi Hərakat Partiyası arasında təmasların daha sıx olması, rəhbərliklər səviyyəsində əlaqə və müntəzəm olaraq qarşılıqlı görüşlərin keçirilməsi müzakirə edilib.