“İŞİD-lə savaş üçün İraqa 80 minlik qoşun lazımdır””

İraqa itirdiyi torpaqları İslam Dövləti (İŞİD) yaraqlılarından geri almaq üçün 80 minlik qoşun lazımdır.

Bunu ABŞ-ın ordu generalı Martin Dempsey noyabrın 13-də keçirilən Konqres dinləmələrində deyib. Onun sözlərinə görə, itirilmiş torpaqları, o cümlədən Mosulu geri qaytarmaq üçün 80 minlik qoşuna ehtiyac var.

Prezident Obama ABŞ məsləhətçi qrupunun İraq qoşunlarına təlim keçməsinə icazə verib.

Hazırda ABŞ-ın İraqda 1400-lük qoşunu var.