Azərbaycanın siyasi məhbuslarına böyük mükafat FOTO

Saxarov Azadlıq Mükafatı Norveçdə məhbussların ailə üzvlərinə təqdim olundu

Noyabrın 13-də Norveçin paytaxtı Osloda azərbaycanlı siyasi məhbuslara Saxarov Azadlıq Mükafatı verilməsinin təqdimatı olub. Bu nüfuzlu mükafatı Norveç Helsinki Komitəsi təsis edib.

Təqdimat mərasimi Bristol otelində keçirilib. Təqdimat mərasimini Norveç Helsinki Komitəsinin icraçı direktoru açıb.

Təqdimat zamanı azərbaycanlı siyasi məhbusların fotoları zalda quraşdırılmış monitorda göstərilib.

Mərasimdə tanınmış belaruslu hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Ales Bialiatski çıxış edib, sonra da İntiqam Əliyevə dəstək olaraq, onun şəkli olan köynəyi geyinib. O deyib ki, bir vaxtlar onun da şəkli bu zalda nümayiş etdirilib. 

Mükafat siyasi məhbusların mərasimdə iştirak edən ailə üzvlərinə təqdim olunub.

Təqdimat mərasimində “Azadlıq” qəzetini baş redaktoru Qənimət Zahid və onun birinci müavini Rahim Hacıyev də iştirak edib.