Bala əməliyyat edilən anasının yanından bir an belə ayrılmayıb
Danimarkada meymun insanların gözlərini yaşardıb. Belə ki, Aalborq şəhər heyvanxanasında bala şempanze əməliyyat edilən anasının yanından ayrılmayıb. ANS PRESS-in məlumatına görə, 40 yaşlı Juttanın iki dişi qırılıb. Buna görə, zoopark baytarları onu əməliyyat etməli olublar. Amma Juttanın qızı olan My anasından ayrılmaqdan imtina edib. Bundan sonra baytarlar onu da əməliyyat otağına gətirməli olublar.
Həkimlərin sözlərinə görə, körpə meymun anasını həkimlərdən qorumağa çalışıb. Əməliyyat boyu isə o anasını qucaqlayıb.
Baytarlar əməliyyatın uğurla keçdiyini və ana şempanzenin vəziyyətinin normal olduğunu deyiblər.