Oliqarxlar xarici şirkətləri sıxışdırır

Əcnəbi şirkətlərdə aparılan yoxlamalar monopoliyanın gücləndirilməsinə O vaxtlar Azərbaycanda fəaliyyət göstərən iri xarici şirkətlərdə ciddi yoxlamalara başlanılıb. Rəsmi məlumatlara görə, artıq bir neçə şirkət iri məbləğdə cərimələnib. Onların arasında “Prokter & Gembl Azərbaycan Servisləri”, “Audi”, “Porshe” və “Volksfagen” avtomobillərinin Bakıdakı rəsmi dileri də var. Onların cərimələnməsinə səbəb kimi reklamlarda yol verdikləri şişirtmələr göstərilir.

“Azadlıq”a daxil olan məlumatlara görə, xarici şirkətlərdə aparılan yoxlamalar monopoliyanın gücləndirilməsinə xidmət edir. Baş verənlərin arxasında isə hakimiyyətdəki iri oliqarxlar dayanır.

Bu mövzuda yazan “Bizim yol” qəzeti iqtisadçı-ekspert Nazim Məmmədovun “Facebook” hesabında xarici şirkətlərin cərimələnməsinə münasibətini dərc edib: “Monopoliya yaradıb Azərbaycan dövlətinə meydan oxuyan ”Baku Steel Company”yə gücü çatmayan Iqtisadiyyat və Sənaye Nazirliyi, arxasında oliqarx-məmur olmayan dünya şöhrətli şirkətlərin nümayəndəliklərinə astronomik cərimələr yaza bilir”.

Tanınmış iqtisadçı Nemət Əliyev də deyib ki, yoxlamalar və cərimələr bəzi sahibkarların sıxışdırılması yönəldilib. “Hazırda sahibkarların fəaliyyətini yoxlayan dövlət qurumlarının sayı kifayət qədər çoxdur və bu da onların işində gərginlik yaradır”,- deyə o, əlavə edib.