«Rusiya bu enmədən qorxursa, Azərbaycan nəyə arxayındır»
Məhəmməd Talıblı: «Hökumət neft fondunun aktivlərindən «təhlükəsizlik yastığı» kimi istifadə edir»
Dünya birjalarında neftin ucuzlaşması davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,25 dollar ucuzlaşaraq 77,40 dollar, Londonun ICE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,05 dollar azalaraq 82,34 dollar olub.ÿDövlət Neft Şirkətindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,49 dollar ucuzlaşaraq 84,53 dollara düşüb.
Rusiyanın Mərkəzi Bankı 2015-ci ildə Rusiyada istehsal olunan neftin 1 barelinin 60 dollara düşəcəyi ilə bağlı proqnoz verib. Neftin qiymətinin bu qədər aşağı düşməsi ciddi problemlər yaradacaq. Başlıca problemlərdən biri o olacaq ki, dərinləşən iqtisadi böhran şəraitində rubl kəskin şəkildə zəifləyəcək. Ümumdaxili Məhsulun 2015-ci ildə 3,5-5 faiz azalacağı gözlənilir.
Bütün bunları ona görə qeyd edirik ki, dünyada neftin qiymətinin ucuzlaşacağı ilə bağlı proqnozlar ciddi narahatlığa səbəb olub. Rusiyanın Mərkəzi Bankı da bu qiymətin 60 dollara düşəcəyini ciddi problem kimi qiymətləndirib.
Azərbaycan hökuməti isə, heç bir problemin olmayacağı qənaətindədir. Hətta Malıiyyə Naziri Samir Şərifov bildimişdi ki, neftin 1 bareli 80 dollara düşsə də. Bu heç bir risk yaratmayacaq.
Necə olur ki, qiymətlərin düşməsi Rusiyaya təsir edir, Azərbaycana yox? Hakimiyyət hansı qüvvəyə arxayındır?
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, Azərbaycan hakimiyyəti Neft Fondunun aktivlərinə arxayındır və özünü bu aktivlərlə sığortalaya biləcəyini düşünür: “Hökumət büdcə müzakirələrində elə bir otraq qiymət götürür ki, neftin qiyməti aşağı düşəndə 10-11 faizlik təsir hiss olunsun. Hakimiyyət neft fondunun aktivlərindən ”təhlükəsizlik yastığı” kimi istifadə edir. Yəni, büdcə kəsirləri yarananda, büdcəyə daxilolmalar azalanda Neft Fondunun aktivlərini büdcəyə transfert edirlər. Məsələn, qiymətin düşməsi SOCAR-ın büdcəyə verdiyi mənffətin 10 faizinə təsir edir. Əsasən transmilli korporasiyaların vergiləri hesabına formalaşır. Rusiyada da eyni sistemdi və təbii sərvətlərdən gələn mənfəət hesabına manevr edə bilirlər. Ancaq, qeyd etmək lazımdır ki, dünyada neftin qiymətinin dəyişməsi nə Rusiyadan, nə də Azərbaycandan asılı deyil. Bu OPEK-in gündəlik hasilat kvotasından asılıdır”.
Akif


