Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və onun hakimiyyəti dövründə yüksək vəzifə tutmuş bir neçə məmura deputat Valeri Gelaşvilinin göyülməsi ilə bağlı yeni ittihamlar irəli sürülüb. Saakaşvili ilə yanaşı keçmiş daxili işlər naziri Vano Merabaşvili və nazirliyini iki yüksək rütbəli məmuruna qarşı da ittiham irəli sürülüb.
Məlumata görə, Gelaşvili 2005-ci ilin iyun ayında Saakaşvilini təhqir edən məqalə dərc edəndən sonra prezidentin tapşırığına əsasən daxili işlər nazirinin rəhbərlik etdiyi əməliyyat nəticəsində döyülüb.
İrəli sürülən ittihama əsasən, Saakaşvili və Merabaşvilini 14 il həbs cəzası gözləyir.
azadlıq.info


