Mübariz Qurbanlıdan geriləmə etirafı

Komitə sədri «Azərbaycana təsir göstərməyə çalışan qüvvələr» dedikdə kimləri nəzərdə tutur?

Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, bəzi xarici qüvvələr Islam dinini bəhanə edərək, Azərbaycana təsir göstərməyə çalışır: “Biz hansısa xarici qüvvələrin ölkəmizə ayaq açmasına imkan verməməliyik. Bu sahədə gənclərimizin üzərinə çox böyük məsuliyyət düşür”.

Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycan sosial-iqtisadi və digər sahələrdə böyük uğurlar əldə etsə də, milli-mənəvi dəyərlər məsələsində bir gerilik var: “Azərbaycanın müstəqil dövlət kimi öz hədəfləri var. Bizim əsas məqsədlərimiz müstəqilliyimiz qorumaq, dünya azərbaycanlıları üçün dövlətimizi bir istinad yerinə çevirməkdir”.

Maraqlıdır, Mübariz Qurbanlı “Azərbaycana təsir göstərməyə çalışan bəzi qüvvələr” deyəndə kimləri nəzərdə tutur?

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyir ki, Azərbaycan müstəqillik qazanandan sonra müxtəlif xarici ölkələrin diqqətindədir: “Burada həm xarici dini mərkəzlərin, həm də xüsusi xidmət orqanlarının pərdə altında fəaliyyət göstərdiyini deyə bilərik. Amma öz çıxışında Mübariz Qurbanlının konkret kimləri nəzərdə tutduğu bəlli deyil”.

Nigar