Putinin layihəsi iflasa uğradı

“Sibirin gücü” layihəsinin reallaşması daha 2 illiyinə yubanır

“Qazprom”un Çinlə birgə layihəsi olan “Sibirin gücü” qazkəməri ilə bağlı növbəti qalmaqal baş verib. Layihəyə cavabdeh, şirkətin baş meneceri Viktor Selin tutduğu postdan uzaqlaşdırılıb. Buna səbəb onun gizli informasiyanı ictimailəşdirməsi olub. Rusiyanın “Znak.com” saytının verdiyi məlumata görə, Selin bu günlərdə jurnalistlərə elan edib ki, layihə üzrə qazın nəqli iki illiyinə təxirə salınıb.  Nəticədə şirkət öncə Selinin açıqlamasının öncə düzgün anlaşılmadığını bəyan etməyə məcbur olsa da, daha sonra baş menecerlə müqaviləni dayandırmağa qərar veriblər. Dəyəri 400 milyard dollar olan layihə ilə bağlı problemlərin olduğu barədə mətbuata bundan əvvəl də bir sıra məlumatlar sızmışdı. Selin sadəcə olaraq bu şübhələri bir qədər də dərinləşdirib.

azadliq.info