Ekspertlər rublun taleyilə bağlı bədbin proqnozlar verirlər
Rusiya Mərkəzi Bankı rublun sürətlə ucuzlaşmasının qarşısını almaq üçün oktyabr ayı ərzində 30 milyard dollar xərcləməyə məcbur olub.
Qeyd edək ki, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyada ümumi iqtisadi vəziyyəti pisləşdirdi və nəticədə rubl sürətlə ucuzlaşmağa başladı. Bir neçə gün əvvəl Rusiya Mərkəzi Bankı valyuta ehtiyatlarını qorumaq naminə gündə yalnız 350 milyon dollar vəsait ayıra biləcəyini bildirdi. Bu isə oktyabr ayında hər gün rublu qorumaq üçün xərclənən vəsaitin yalnız yeddidə biridir.
Dünəndən başlayaraq, rubl daha da sürətlə ucuzlaşır. Bazarda açıq-aşkarÿpanika hökm sürür. Rublun perspektivinin necə olacağı ilə bağlı ciddi müzakirələr gedir. Ekspertlər bədbinÿproqnozlar verirlər.ÿOnlardan ən sensasion çıxışı məşhur “Dojd” telekanalına müsahibəsində “FinamÿMenecment” şirkətinin direktoru Nikolay Solabuto edib.
O bildirib ki, valyuta ehtiyatlarının məhdudluğu və ÿyaxın zamanlardaÿ ölkənin qaytarmalı olduğu xarici borcların böyük məbləği rublu faktiki olaraq taleyin ümidinə buraxmağa məcbur elədi.
Onun sözlərinə görə, rublun sürətlə ucuzlaşması davam edəcək və 2015-ci ilin mart ayında 1 dollar 200 rubl təşkil edəcək.



