Sevgilisi keçmiş baş nazirin sirlərini yaydı FOTO

«Bu mövzuda sicilyalılardan betərəm»

Italiyanın keçmiş baş naziri Silvio Berluskoninin sevgilisi Françeska Paskala ilə əlaqələrinin necə başladığı və gündəlik həyatları haqda kitab yazılıb. “Modern.az”ın məlumatına görə, 29 yaşlı Paskala Berluskoninin əvvəlcə aralarındakı təxminən 50 illik yaş fərqi olması səbəbilə müqavimət göstərdiyini, ancaq özünün “Mən sənə aşiqəm, sən də tez və ya gec mənə aşiq olacaqsan” deyərək, onu yola gətirdiyini bildirib.

Franceska Paskala əlaqələri haqda məlum olmayanları Berluskoniyə yaxınlığı ilə tanınan jurnalist Bruno Vespaya danışıb. Vespanın dünən çapdan çıxan yeni kitabında yer alan açıqlamalardan bir qismi həftəlik “Oggi” jurnalında yayılıb. Italiya mətbuatında “Berluskonini necə əldə etdim?” başlığı ilə yayılan xəbərlərə görə, Paskala uşaqlığından bəri Berluskoniyə heyran olduğunu və onunla tanış olmağı qarşısına məqsəd qoyduğunu deyib: “Yavaş-yavaş ”Haydı Italiyaya” (Berluskoninin partiyası) yaxınlaşmağa başladım. 2006-cı il oktyabrın 6-da saat 13:50-də böyük an gəlmişdi. “Silvio sənin üçün darıxırıq” qrupundan 4 başqa dəli qızla birlikdə Romadaydıq və Berluskoninin “Duke” otelində bir yığıncağı olduğunu öyrəndik. Dərhal ora getdik və sonra Berluskoni gəldi. Həqiqətən çox cazibədar idi. “Rəhbərim, çox yaraşıqlısınız”, – dedim. O da gülümsədi və “Yaxşısanmı””- deyə soruşdu. Bir kağıza yazdığım telefon nömrəmi verdim və “Zəngini gözləyirəm”, – dedim. O da mənə “Çox sürətlisən”, – dedi. Bir neçə gün sonra bir gecə yarısı telefonuma zəng gəldi. Əvvəl bunun bir zarafat olduğunu sandım. Sonra iki saat boyunca telefonda danışdıq”.

Paskala Berluskoninin ilk vaxtlarda aralarındakı yaş fərqi üzündən çəkingən olduğunu da söyləyib: “Amma mən ”Bəli, aramızda az qala, 50 yaş fərq var, qızın, ya da nəvən belə, ola bilərdim. Ayrıca səninlə sevimli olmaq istəyən bir çox qadın olduğunu da bilirəm. Amma mən sənə aşiqəm və sən də tez və ya gec mənə aşiq olacaqsan”.

2012-ci il dekabrın 16-da bir televiziya proqramında Berluskoni ilə əlaqələrini açıqladığını xatırladan Paskala deyib: “O zamandan bəri həmişə yanındayam”.
Paskala Berluskoninin şəxsi həyatında “çox şəfqətli, əyləncəli, ironik və əsla yorulmayan” biri olduğunu bildirib. Berluskoniyə evdə “eşqim”, ya da “B” deyə müraciət etdiyini, çöldə isə “Rəhbərim” deyə xitab etdiyini söyləyib: “Başçının ətrafını əhatə edən qadınların az qala hamısı ilə tanış oldum və hamısını da qısqanırdım. Hələ də qısqancam, bir mağazadakı satıcı onunla fotoşəkil çəkdirmək istəsə, qısqanıram. Bu mövzuda sicilyalılardan betərəm”.