ABŞ prokurorluğu rusiya prezidentinin yaxın adamının əməllərini araşdırır
ABŞ təhqiqatçıları Rusiya prezidenti Vladimir Putinə yaxın şəxsin pul yuyulmada rolunu araşdırır. ABŞ Ədliyyə Departamenti və Nyu York prokurorları rusiyalı milyarder Gennadi Timçenkonun ABŞ maliyyə sistemi ilə çirkli pul köçürüb-köçürmədiyini öyrənir. Həmin vəsaitin Rusiyada korrupsiya sazişləri ilə bağlı olduğu güman edilir.
Məlumata görə, Timçenkonun yaratdığı, qərargahı Cenevrədə olan Gunvor Group firmasının Rusiyanın dövlət neft şirkəti Rosneft-dən neft alıb və onu üçüncü tərəfə satdığına dair sazişlər araşdırılır.
Putinə yaxın, güclü biznesmenlərdən olan Timçenko ABŞ sanksiyalarına ilk məruz qalanlardan olub.


