AXCP-də mitinq hazırlıqları

Gözəl Bayramlı: «Mitinq hazırlıqlarımız yüksək templə davam edir»

Milli Şuranın 9 noyabr mitinqinə rəsmi icazə hələ verilməsə də, bu istiqamətdə hazırlıqlara artıq start verilib. Hər zaman mitinqlərdə öndə olan və mitinqin lokamativini təşkil edən cəbhəçilər, bu dəfə mitinqin əsas yükünü öz üzərinə götürüb.

Artıq partiyada mitinq hazrlıqları başlayıb və partiyada yüksək əhval-ruhiyyə hökm sürür.

AXCP sədrinin müavini Gözəl Bayramlı “Azadlıq”a açıqlamasında bildirdi ki, 9 noyabr mitinqinin daha möhtəşəm olacağına ümid edir və partiyanın bütün strukturları bunun üçün səfərbər olunub: “AXCP-də mitinqə çox ciddi hazırlıqlar gedir və bu hazırlıqlar mitinq gününə qədər də davam edəcək. Partiyamızın bütün strukturları bu prosesdə iştirak edir. ”Event” vasitəsilə mitinqə insanları dəvətdən tutmuş, Bakı rayon şöbələrimizdə genişləndirilmiş müşavirələrin keçirilməsi, ayrı-ayrı adamlarla görüşlər, internet vasitəsilə mitinqin təbliğatını həyata keçirmək, bütün feallarımızı bu prosesə cəlb etmək, gənclərin, xanımların mitinqdə daha çox iştirakına nail olmaq istiqamətində işlərimiz davam edir. Artıq Bakı rayon şöbələrimizdə mitinqə hazırlıqla bağlı toplantılarımız başa çatmaq üzrədir. Partiyamızın Gənclər Komitəsi mitinqə xüsusi çağırış roliki hazırlayıb və gənc fəallarımız bu rolik vasitəsilə mitinqdə daha çox adamın iştirakına nail olmağa çalışırlar. Qadınlar Şurası xanımların mitinqdə daha çox iştirakını təmin etmək üçün çalışır. Qarşıdakı günlərdə də mitinq hazırlıqlarımız eyni templə davam edəcək və əminəm ki, mitinqdə cəmiyyətin daha geniş təbəqəsinin iştirakına nail ola biləcəyik”.

Akif