Alman firmasının gələcəyə doğru önəmli proyektlərindən olan yeni G-Code, elektrik və hidrogen texnologiyası ilə işə düşən modeli avtomobil dünyasına fərqli giriş üçün hazırdır.
Audi Q1’ə rəqib olabiləcək kateqoriyada hazırlanan bu yeni avtomobil ilk baxışda LED işıqlandırmaları, fərqli ön görünüşü və radiator barmaqlıqları ilə diqqət çəkir.
Los Anceles Avtomobil Sərgisinə konsept formasında tamaşaçılar qarşısına çıxacaq bu avtomobil əsasən hydrogen dəstəkli motoru ilə böyük maraq doğuracaq.
Mercedes-Benz Vision G-Code SUV konsepti üçün günəş şüalarından enerji yaradan xüsusi bir boyadan istifadə edib. Boya küləkli havada da enerji yarada bilir. Yəni günəş işığı olmayan zaman külək köməyə gələ bilər.
Dördqapılı bu yeni avtomobil Nissan Juke modeli uzunluğundadır 4,1 metr. Avtomobilin indiqatoru mavi rəngdı işıqlanır. Park olunduğu zaman isə qırmızı və bənövşəyi rəngdə olan işıqlar avtomobil idman rejiminə keçəndə normal rəngə keçir. Sürücünün və sərnişinlərin rahalığını düşünən almanlar oturacaqlarda massaj sisemini işə salacaq düyməni də avtomobilə əlavə etməyi unutmayıblar.