Putinin aparat rəhbərinin oğlu həlak olub

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun oğlu Aleksandr İvanov bədbəxt hadisə nəticəsində vəfat edib. Aleksandr İvanov Vnejekonombankın idarə heyətinin sədr müavinidir. Administrasiya rəhbərinin 37 yaşlı oğlunun dənizdə boğulduğu deyilir. Hələlik bununla bağlı rəsmi məlumat verilməyib. 

azadliq.info