ÇL-nın IV turu start götürüb

Çempionlar Liqasında IV turun oyunlarına start verilib. İlk oyun günündə 8 qarşılaşma keçirilib. 

A qrupunun lideri Madridin “Atletiko” klubu səfərdə “Malmö”nün qonağı olub. Oyun Madrid klubunun 2-0 hesablı qələbəsiilə başa çatıb. Qrupun digər oyununda “Yuventus” öz meydanında “Olimpiakos”u qəbul edib. Turin klubu 3-2 hesabl ilə qələbə qazanıb. 

B qrupunda Madrid “Real”ı doğma meydanda “Liverpul”la üz-üzə gəlib. Kərim Benzemanın vurduğu qolla “Real” 1-0 hesabı ilə qələbə qazanıb. Qrupun digər matçında “Ludoqorotes” klubu səfərdə “Bazel”in qonağı olacaq. İsveçər klubu rəqibin qapısından 4 cavabsız top keçirib. 

C qrupunda Rusiya “Zenit”i lider “Bayer” (Leverkuzen) klubu ilə münasibətlərinə aydınlıq gətirib. Rusiya klubu öz meydanında 2-1 hesabı ilə məğlub olub. “Monako” isə səfərdə “Benfika”nın qonağı olub. Meydan sahibləri 1-0 hesabı ilə qələbə qazanıb. 

D qrupunda ürkiyənin “Qalatasaray” klubu Dortmundda “Borussiya” ilə qarşılaşıb. İstanbul klubu 4-1 hesabı ilə məğlub olub. Qrupun digər oyununda isə “Arsenal” evdə “Anderlext”i qəbul edib. London klubu 3 top fərqi ilə öndə olsa da, qələbəni qoruyub saxlaya bilməyib. Oyun 3-3 esabı ilə baş çatıb.