Cənubi Amerikanın xəstəxanalarından birində əməliyyat olunan xəstənin qarnından diri balıq çıxarılıb. Belə ki, mədə bulantısı və qarın ağrısından şikayətlənən xəstə müayinə olunduqdan sonra təcili əməliyyata salınıb. Braziliyanın Londrina xəstəxanasında həyata keçirilən əməliyyatma tez bir zamanda internet portallarında yayımlanıb. Əməliyyat olunan xəstənin qarnından balıq çıxarılıb. Çxarılan balığın uzunluğu 125 sm olub. İkinci heyrətləndirici məqam isə bu canlının diri olması olub. Cərrah balığı xəstənin qarnından çıxararkən otaqda olanların hamıısı heyrətlə qışqırıb.
Qarnındakı canlıdan qurtulan xəstə ayıldıqdan sonra ilk olaraq xəstəxana rəhbərliyini və həkimləri əməliyyatının internetdə yayılmasına görə məhkəməyə verib. Xəstəxana rəhbərliyi də əməliyyat zamanı otaqda kənar şəxslərin olmasından və əməliyyatı videoya çəkərək internetdə yaymasından hiddətlənib. Bundan sonra xəstəxana işçiləri binaya mobil telefonla daxil ola bilməyəcəklər.