1997-2001-ci illərdə ABŞ-ın dövlət katibi olan Madlen Olbrayt Rusiya KİV-lərinin Ukraynadakı münaqişə fonunda Qərb dövlətləri ilə bağlı yazdıqlarından heyrətləndiyini bildirib. Modern.az xaici mətbuata istinadən xəbər verir ki, o, bu təbliğatı “Soyuq müharibə” dövründəki təbliğatla müqayisə edib: “Rusiya KİV-lərinin informasiyaları “Soyuq müharibə” dövrünün ən kəskin məqamalarılndakı təbliğatı xatırladır. ABŞ buna ictimai diplomatiya ilə cavab versə də, Rusiya telekanlallarına baxan zaman sərgilənən ağ yalan, öz vətəndaşlarına olan hörmətsizlik məni heyrətləndirir”.
Olbraytın fikrincə, Putin ölkəsini təhlükəli istiqamətə aparır. O, Baltikyanı dövlətlərin müstəqil energetik siyasət aparmasını da alqışlayıb: “Mən Litvanın energetika sahəsində müstəqillik qazanmasını və öz enerji mənbərlərini təmin etməsindən xoşhal olmuşam”.
Bundan başqa, keçmiş dövlət katibi Ukraynadakı seçkilərin nəticələrindən razı qaldığını və seçkilərin beynəlxalq standartlara cavab verdiyini də söyləyib.
1937-ci il mayın 15-də Mariya Yana Korbelova adı ilə anadan olan Olbrayt İsveçrə və ABŞ-da təhsil alıb. 1957-ci ildə isə ona Amerika vətəndaşlığı verilib. 1992-c ildə Bill Klintonun şəxsi köməkçisi, daha sonra isə BMT Təhlükəsizlik Şurasında Amerikanın daimi nümayəndəsi kimi fəaliyyət göstərən xanım siyasətçi 1997-ci ildə Klinton administrasiyasında dövlət katibi vəzifəsini icra etməyə başlayıb. O, ABŞ tarixində dövlət katibi vəzifəsinə təyin olunan ilk qadındır.


