Böyük Britaniyalı nazir münaqişə vasitəçilərinə səslənib
Dağlıq Qarabağ münaqişəsi narahatlıq mənbəyidir. Bu barədə Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqton bildirib. ANS PRESS-in məlumatına görə, Devid Lidinqton bu gün İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb. Britaniya naziri həm də onu qeyd edib ki, Böyük Britaniya Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə böyük önəm verir.
“Biz vasitəçilərin fəaliyyətində proqress istəyirik”, – deyə britaniyalı nazir bildirib.


