Amerikalı kəndirbazdan inanılmaz rekord VİDEO

Amerikalı kəndirbaz Nik Vallend Çikaqoda göydələnlərin arasından keçərək dünya rekordunu qırıb. Vallend gözü bağlı, heç bir sığorta olmadan 200 metr hündürlükdə üç göydələn arasında gəzişib. Kəndirbaz 138 metr məsafəni 6,5 dəqiqəyə keçə bilib. 19 dərəcə bucaq altında hərəkət edən Vallend hərəkətə 179 metrdə başlayıb 204 metr hündürlükdə bitirib. Bundan sonra o yerdən 165 metr hündürlükdə olan kanatın üzərində hərəkət edib. Bütün hallarda o sığorda kəmərindən istifadə etməyib və bununla da qanun pozub. Çünki İllinoys ştatının qanunlarına görə, 6 metrdən hündürlükdə hər hansı tryuklar qadağandır. Xatırladak ki, Vallend 2012-ci ildə Niaqara şəlaləsinin üstündən küçərkən də Kanada qanunlarını pozub. Lakin bu məsələdə ona güzəşt edilib. Polisin məlumatına görə, Çikaqoda Vallendə tamaşa etmək üçün 50 min adam toplaşıb. 

azadlıq.info