Küçədə ünvansız söyüş söymək ittihamı ilə 25 sutka inzibati həbs cəzasına məhkum edilən journalist Xalid Qarayevin işi ilə bağlı maraqlı fakt üzə çıxıb. Fakt Xalid Qarayevin məhkəməsində hal şahidliyi edənlərdən biri – Elnur Qasımov barəsindədir. Qeyd edək ki, Elnur Qasımov məhkəmədə birinci dəfədir hal şahidliyi etdiyi və cəmi bir dəfə 45 sutkalıq inzibati cəza çəkdiyini bildirmişdi. Lakin vəkillər onun narkotik işi ilə bağlı hal şahidliyi etdiyini demişdilər.
Bəlli olub ki, vəkillər haqlı imiş. Elnur Qasımov polisin agentura şəbəkəsinə daxil olan şəxslərdən biridir. Sosial şəbəkələrdə onun Ismayıllıya dəstək aksiyasında polislə birgə iştirakçılarından birini necə “zərərsizləşdirdiyini” əks etdirən fotosu yayılıb.
Tanıyanlar deyir ki, bu adam Nəsimi rayon 22-ci polis bölməsində əməliyyat qrupunda işləyir.