Britaniyada yerləşən “Index on Censorship” təşkilatı Azadlıq qəzetinin əməkdaşı Xalid Qarayevin həbsindən yazıb.
“Xalid Qarayev 25 sutka həbs cəzasına məhkum edilib. O polisə müqavimət və xuliqanlıq maddəsiylə ittiham olunub. Ona qarşı qaldırılan ittiham saxta və siyasi motivlidir”
Daha sonra təşkilatın saytında daha bir neçə siyasi məhbus haqqında saxta ittihamlar onlara qarşı təzyiqlərdən yazılıb. Xəbərdə həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa qarşı olan təzyiqlərdən, saxlanma şəraitinin ağır olması göstərilir. Həmçinin Leyla Yunusun həyat yoldaşı Arif Yunusun həbsinin mart ayının 25-nə qədər uzadılması qeyd olunur.
Təşkilatın saytında həmçinin digər siyasi məhbuslar, hüquq müdafiəçisi Rəsul Cəfərovun, vəkil İntiqam Əliyevin və jurnalist Seymur Həzinin qanunsuz olaraq həbs olunması göstərilir.
Daha sonra saytda Avropa Parlamentinin siyasi məhbusların azad olunması haqqında müraciəti qeyd olunub.



