3 gün iş olmayacaq

Bayraq günü münasibətilə qeyri-iş günün sayı açıqlanıb

Bayraq günü – 9 noyabr bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-u da qeyri iş günü olacaq. Bunu ANS PRESS-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Onun sözlərinə görə, Bayraq günü bazar gününə təsadüf etdiyindən növbəti iş günü – 10 noyabr da qeyri iş günü elan olunub.

Qeyd edək ki, noyabrın 8-i şənbə gününə təsadüf etdiyindən həftənin 5 günü işləyən müəssisələrdə 3 gün qeyri-iş günü olacaq.