İbrahimbəyovdan hakimiyyətə xəbərdarlıq

“Tutduğunuz yol yol deyil”

“Azərbaycanda sosial partlayışın baş verməsi qaçılmazdır”

Məşhur ziyalı və kinorejissor Rüstəm İbrahimbəyov Moderator.az-a açıqlamasında hakimiyyətə xəbərdaqlıq ünvanlayıb. Hakimiyyətin həyata keçirdiyi məlum siyasətin onun özü üçün də fəlakətlə nəticələnəcəyini bildirən R.İbrahimbəyov Azərbaycanda sosial partlayışın baş verməsinin mütləq olduğunu bildirib:

“Azərbaycan iqtidarı hələ də başa düşmür ki, tutduqları bu yol yol deyil. Bu yol onların öz axırına çıxacaq. Cəmiyyətdə bu cür vəziyyət bəlli bir müddət davam etsə, gec-tez bu, partlayışla nəticələnəcək. Çünki insanlara qarşı təzyiqlərin, basqıların artması müşahidə edilir. Bu isə sosial partlayışı qaçılmaz edir”.