AB Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlayacaq

Oktyabrın 28-də Avropa Birliyinin səfirləri Krımın birləşdirilməsi və Ukraynanın şərqində rusiyayönlü separatçıların dəstəyinə görə Rusiyaya qarşı tədbiq olunan sanksiyaları qüvvədə saxlamaq qərarına gəlib.

Sanksiyalar tədbiq olunarkən AB  üzvləri sanksiyaların gücləndirilməsi və ya  yüngülləşdirilməsi ehtimalını nəzərə alaraq oktyabrın sonunda  Ukrayna ilə münasibətdə Rusiyanın davranışına təkrar nəzər salmağı qərarlaşdırmışdılar.

İtaliya və Macarıstan kimi ölkələrin liderləri belə bir sanksiyaların təsiri olmadığını, yüngülləşdirilməli və ya ləğv olunmalı olduğunu bildiriblər. Lakin sanksiya rejimində dəyişiklik yalnız bütün üzv dövlətlərin razılığı ilə ola bilər.

AB-nə üzv ölkələr sanksiyaların ləğvi məsələsində razılığa gələ bilmirlər. Bəziləri, məsələn, Litva  düşünür ki Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir.