Putində xərçəng tapılıb

ABŞ-ın “Nyu York Post” (“New York Post”) jurnalı bu gün Rusiya Prezidenti Vladimir Putinlə bağlı sensasiyalı məlumat yayıb. Nəşrin yazdığına görə, Rusiya prezidentində  mədəaltı vəzinin xərçəngi diaqnozu qoyulub. Məqalə müəllifi Riçard Conson qeyd edir ki, Putin artıq 3 ildir bu xəstəlikdən əziyyət çəkir. Onun Ukraynaya müdaxiləsinin arxasında da xərcəng xəstəliyinə tutulması dayanır. Putin  özündən sonraya Böyük Pyotr və Stalin kimi geniş torpaqlar miras qoymaq istəyir…”

Rusiya prezidentinin mətbuat xidməti bu xəbəri hələ ki, şərh etməyib.