Putinin reytinqi aşağı düşüb

Rusiya prezidenti Vladimir Putin populyarlığını itirir. Lenta.ru-nun yazdığına görə, 2014-cü ilin avqustunda Putinin reytinqi pik nöqtəyə çatıb. Lakin sonradan azalmağa başlayıb. Bunu Levada Mərkəzinin apardığı rəy sorğularının nəticələri də göstərir.

Avqustda Rusiya seçicilərinin 57 faizi seçki olacağı təqdirdə indiki dövlət başçısına səs verməyə hazır idi. İndi isə bu rəqəm 49 faizdir. Tərəddüd edənlərin və səsverməyə getməyəcəklərini deyənlərin göstəriciləri də hesablananda məlum olur ki, Putinin reytinqi 83 faizdir. Bir ay əvvəl 87 faiz idi.

Rəy sorğusu sentyabrın 26-dan 29-dək 1630 respondent arasında keçirilib.