Rusiya Ukraynadakı seçkilərin nəticələrini tanıyır

Rusiya Ukrayna Ali Radasına keçirilən seçkiləri tanımaq niyyətindədir. Bu barədə Rusiya XİİN başçısı Sergey Lavrov «Layf nyus» telekanalına müsahibəsində bildirib. «Seçkilər baş tutub. Düşünürəm ki, biz bu seçkilərin nəticələrini tanıyacağıq», – deyə Lavrov bəyan edib. 

XİN başçısının müavini Qriqori Karasin də Ali Radaya seçkilərin baş tutduğunu deyib. Dövlət Dumasının komitə sədri Leonid Sletski isə Ukrayna Ali Radası ilə əməkdaşlığı da istisna etməyib.  

azadlıq.info