Uşağının adını Obama qoydu

“İŞİD” terror təşkilatının hücumlarına görə, Suriyanın Kobani rayonundan qaçıb Türkiyədə-Şanli Urfada məskinlaşan bir ailə yeni doğulan uşağına Obama adı qoyub.
Ailem.az-ın xəbərinə görə, 35 yaşındakı Sultan Müslim yeni doğulan oğlunu “Məhəmməd Obama Muslim” adlandırıb.
O, uşağına belə ad qoymasını Barak Obamanın Kobaniyə olan diqqəti il əlaqələndirib: “Obamadan bizim geri dönməyimizə yardım etməsini istəyirik”.