Bu gün Nəsimi rayon Məhkəməsində vəkil İntiqam Əliyevin həbs müddətinin uzadılması məsələsinə baxılıb. Məhkəməyə gətirilən İntiqam Əliyevin vəziyyəti qəfil pisləşib və o xüsusi maşınla məhkəmədən aparılıb. Bu barədə jurnalıst Xədicə İsmayın Facebook səhifəsində məlumat yayıb.
İntiqam Əliyevin oğlu Nəcmin Kamal Facebook səhifəsində atasının həbs müddətinin daha 3 ay, fevralın 8-dək uzadıldığını yazıb. N.Kamal da atasının vəziyyətinin pisləşdiyini və xüsusi maşınla aparıldığını təsdiqləyib.
Vəkil Cavad Cavadov həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı yeni məlumat verib. Vəkil özünün facebook hesabında bildirib ki, bu gün məhkəməsi olan İntiqam Əliyevin vəziyyəti yaxşı deyil:
“Bugün (24 oktyabr 2014-cü il tarixdə) İntiqam Əliyevin və Leyla Yunusun həbsdə saxlanılma müddətlərinin uzadılmasına dair istintaq orqanının vəsatət-təqdimatına, eyni zamanda müdafiə tərəfinin İntiqam Əliyevin və Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətinə Nəsimi rayon Məhkəməsində baxılıb
İntiqam Əliyevlə bağlı. İ.Əliyevin səhhəti qəfildən (əslində isə səhhətində olan mövcud problemlərin, xüsusilə 2012-ci ildə aldığı kəllə-beyin travmasının qanunauyğun nəticəsi olaraq) korlanmışdır. Belə ki, sağ ayağı tutulmuş, özündən getmə həddinə çatıb. Buna səbəb onun hava çatışmazlığı pis vəziyyətində olan 8-9 nəfərdən ibarət olan konvoy maşınında məhkəməyə gətirilməsi olub.
azadlıq.info