AXCP növbəti qurultayına hazırlıq məqsədilə rayon (şəhər) şəbələrində konfranslara start verib. Lakin rayon (şəhər) İcra Hakimiyyətləri bir çox hallarda konfransların keçirilməsi üçün yer ayırmırlar.
Redaksiyamıza daxil olan iki belə halla bağlı məlumat isə yalnız istehza doğura bilər.
Məlumatlardan biri Mingəçevirə aiddir.
Partiyanın Mingəçevir şöbəsi konfransın keçirilməsinə yer ayırmaq üçün İcra Hakimiyyətinə müraciət edib. İcra Hakimiyyətindən isə cavab veriblər ki, yer ayıra bilməzlər, çünki tədbir “şəhərdə aparılan abadlıq işlərini” poza bilər.
İkinci xəbər isə Sumqayıtdandır. Burada da şöbəsinin müraciətinə “yox” cavabı veriblər. İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi adından verilən cavabda göstərilib ki, tədbirə yer ayırmaq “Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyil”, aidiyyatı təşkilatlara müraciət olunsun.