Adi iştirakçılıqdan funksionallığa doğru

Növbəti mitinq əsas müzakirə mövzularından biridir. Çox istərdim ki, bu müzakirələrdə qarşıdakı mitinqin necə olacağı, ötən dəfəkindən hansı keyfiyyətlərinə görə yaxşı mənada fərqlənəcəyi sosial şəbəkə istifadəçilərinin, fəalların, mitinq istəyənlərin müzakirələrində baş mövzu olsun. Bu istiqamətdə olacaq geniş müzakirələr qarşıdakı tədbirə müsbət təsir edəcək.
Bu baxımdan bəzi fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Hamımız hazırlaşırıq, ancaq necə? Bir çoxlarımız kütləvi tədbirlərə adi iştirakçı kimi qatılırıq. Evdən çıxıb toplantıya yola düşərkən tək oluruq, meydana da tək gəlirik.
Beləcə bir çoxlarımız mitinqə adi iştirakçı kimi qatılırıq. Meydana tək və ya bir neçə nəfərlə gələn hər bir vətəndaş qəlbində, düşüncəsində etirazçı mövqedə olan insanlardır. Həmçinin 12 oktyabrda meydanda olanların əksəri sabit mövqeyi, fəal vətəndaşlıq nümunəsi yaratmış insanlar idi. Deməli, bu insanlar da mitinqlərin təşkilatçıları kimi keçiriləcək mitinqlərin necə olacağı haqda bizim qədər narahat olur. Narahatçılıq hissini məsuliyyətlə əvəzləyə bilərikmi? Yəni ötən mitinqin iştirakçısı olmuş hər kəs özünü təşkilatçı kimi görəvli bilsə, fərq istədiyimiz olacaq. Buna ona görə yazdım ki, dəyişiklikdə marağı olan hər kəs özünü funksional iştirakçıya çevirməklə adi iştirakçılığına son qoymalıdır. Bunu bizim istəklərimiz tələb edir bizdən. Fərqli həyat istəyiriksə, fərqləri də hər birimiz yaratmağa çalışmalıyıq. Funksional iştirakçılıq nədir? Bu təşkilatçı olmaq deyil. Xüsusi tərifi də yoxdur. Sadəcə, ətrafındakı insanların diqqətini olacaq hadisəyə yönləndirmək üçün sizin bir vətəndaş kimi görəviniz olan hərkətlərdir, vətəndaşların dəvətidir. Fəal vətəndaşlıqdır.

Mitinqə kimləri dəvət edə bilərsiz?
-Bizimlə eyni fikri bölüşən, bu haqda sadəcə, danışmağa üstünlük verən tanıdığınız hər bir şəxsi
-Müxalifətə birbaşa qoşulmaqda tərəddüdləri olub hazırkı durumdan narazı olanları
-İnformasiyası olmayıb bu üzdən biganə olanları
Dəvət etməkdən çəkinməyin. Haqlı olduğumuz məqamlarda susmaq, fəaliyyətsiz olmaq doğru olmaz.
Qarşınıza vərəq-qələm qoyun, tanıdığınız bütün şəxslərin (qohum, dost, taniş, yoldaş, yad, fərq etməz) adlarını qeyd edin. Fikirləşməyin ki, filan adama desəm də mənası olmayacaq. Və onları mitinqə necə dəvət edəcəyinizi düşünün, nə deyəcəyinizi öncədən müəyyənləşdirin. Ötən mitinqi onlara təsvir edin. Mitinqlərin ləyaqətli insaları həbsdə saxlayan Əliyev iqtidarına yerli təzyiqin olduğunu izah edin. Mitinqlərin qorxulu olmadığını çatdırın. Polis dedektorunun təhlükəsizlik məqsədilə istifadə olunduğunu, əslində qorxu yaratmağa hesablanmış gülünc bir tədbir olduğunu deyin.
Mitinqlərlə bağlı tanıdığınız təşkilatçılara təkliflərinizi verin. Nəyi necə görmək istədiyinizi təkliflər halına salıb Mitinq Komitəsinə ünvanlayın.
Buna ona görə yazdım ki, dəyişiklikdə marağı olan hər kəs özünü funksional iştirakçıya çevirməklə adi iştirakçılığına son qoymalıdır. Bunu bizim istəklərimiz tələb edir bizdən. Fərqli həyat istəyiriksə, fərqləri də hər birimiz yaratmağa çalışmalıyıq.