“Human Rights Watch” İlham Əliyevin Paris səfərilə bağlı bəyanat verdi
İlham Əliyevin oktyabrın 27-dəki Paris səfəri ərəfəsi Human Rights Watch təşkilatı verdiyi bəyanatda bildirir ki, Fransa prezidenti Olland imkandan istifadə edib Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanda ədalətsiz tutulan 4 insan haqları müdafiəçisini azad etməyə çağırmalıdır.
Təşkilatın nəzərdə tutduğu 4 fəal Leyla Yunus, Arif Yunus, İnqtiqam Əliyev və Rəsul Cəfərovdur.
Olland və Əliyev Parisdə oktyabrın 27-də görüşməlidir. Həmin vaxt Parisdə Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olmalıdır.
Human Rights Watch oktybarın 17-də Ollanda göndərdiyi məktubda yazırdı ki, İlham Əliyevi həmin 4 məhbusu Paris səfərinə yola düşməzdən əvvəl azad etməyə çağırsın.