
2015-2016-cı il üçün BMT Təhlükəsizlik Şurasına keçirilən müvəqqəti üzvlüklə bağlı seçkilər başa çatıb. Türkiyə məbuatının məlumatına görə, Türkiyə də 2009-2010-ci ildə üzv olduğu BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə təkrar namizədliyini verib. Qərbi Avropa və digər qrup üçün iki yer ayrılmışdı. İki yer uğrunda Türkiyə, İspaniya və Yeni Zelandiya yarışıb.
BMT Ümumi Qurumunda keçirilən səsvermədə bir ölkənin Təhlükəsizlik Şurasına seçilməsi üçün səslərin ən azı üçdə ikisini alması lazımdır. 193 ölkənin hamısının iştirak etdiyi səsvermədə ən azı 129 səs toplanmalıdır.
Keçirilən ilk səsvermədə namizəd olan 3 ölkədən Yeni Zellandiya lazım olan səsi toplayıb və TŞ-nin müvəqqəti üzvü seçilib. Digər bir yer uğrunda isə təkrar səsvermə keçirilir.
Təkrar səsvermədə isə İspaniya 132 səs toplamaqla 60 səs toplayan Türkiyəni qabaqlayıb.


