Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Türkiyə mətbuatının məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada radardan itən helikopterin Dəniz Qüvvələrinin Dəniz Hava Komandanlığına aid olduğu bildirilib. Konyaya təlim məqsədilə gedən helikopterlə havaya qalxandan 7 dəqiqə sonra əlaqə kəsilib.
Qalıqları dağlıq və meşəlik ərazidə tapılan helikopterin 4 heyət üzvünün hamısının həlak olub.
Türkiyədə hərbi helikopter qəzası: 4 nəfər həlak olub
•