Analoqsuz dərəbəylik

“Mən cahan mülkündə mütləq doğru halət görmədim,

hər nə gördüm, əyri gördüm, özgə babət görmədim”.(M.P.Vaqif)

Harvard Universitetinin məzununu biyyət etmədiyinə görə həbs edirlər.Danabaş vəzifəlilərin rüşvət bazarını görən yoxdur.Isa Qəmbərlə Əli Kərimli iki gündən bir polisdə ifadə verir.

Nazirlər milyonlarla manatlıq villalarda yaşayır, saysız obyektlərə sahibdir, gözünün üstündə qaşın var deyən tapılmır.Azadlıqsevər gənclər “Azadlıq” hayqırdığı üçün təqiblərə, təhqirlərə məruz qalır, azadlıqdan məhrum edilir.Rüşvətxor cinayətkarların gül balaları yüzminlik maşınlarda gəzir, əyləncə məkanlarında kef çəkir.Bura Azərbaycandır.Iqtidarı öy, müxalifəti söy. Və pul ver vəzifəyə keç, başını aşağı dik, rüşvət yığ. Bir kimsənin səninlə işi olmayacaq…Akademik Ziya Bünyadovun qatilinin kim olduğu bilinmir.Jurnalist Elmar Hüseynovun qatili də hələ ki, tapılmayıb.General Rail Rzayevi kimin öldürdüyünü aşkar edə bilmirlər.Ancaq gənc tələbənin cibində 0,74 qram heroin gizlətdiyini bir kilometrdən müəyyən edirlər…Bura Azərbaycandır.Analoqsuz Azərbaycan.Deyirlər ki, inkişafları analoqsuz təzahür edir.Fenomen tərəqqi əldə ediblər.

Düz buyururlar.

Aylıq maaşı 1000 manat olan icra başçısı, ondan bir az artıq əmək haqqı alan nazir bir ilin içində milyonlarla manatlıq mülkə sahib olur.Qısa zaman kəsiyində vəzifə sahibləri milyonçuya çevrilir.Neçə yekə vəzifəli fironla müqayisə olunur. Bu analoqsuz inkişaf deyil, nədir?Hansı ölkədə icra başçısı, nazir, komitə sədri, universitet rektoru bir ilin içində villa, bağ, yüzminlik maşınlara, bahalı obyektlərə sahib ola bilər?Cümlə vəzifə sahiblərinin analoqsuz, fenomenal inkişafı gedir.Inkişaf deyəndə bunu nəzərdə tuturlar.Və belə inkişaf da yalnız dərəbəylik olan məmləkətlərdə gerçəkləşir.

AZƏRBAYCANDA ANALOQSUZ DƏRƏBƏYLIKDIR.Bunu əcnəbilər də deyir.
Və yüksək vəzifə sahiblərinin yalnız kreslo sayəsində sahib olduqları milyonlara, milyardlara təəccüblə baxırlar.Kimi dindirirsən, Azərbaycanda dərəbəylikdir deyir.Hökmdar özü belə heç təğyiri-libas olmadan bircə dəfə yüksək görəvə rəva bildiklərinin yaşadıqları villalara, bağ evlərinə təşrif buyursa və ayı 85 manata başa vuran təqaüdçünün soyuducusuna nəzər yetirsə, Azərbaycanda ANALOQSUZ DƏRƏBƏYLIK olduğunu dilə gətirər…

Təhsil bərbad vəziyyətdədir.Səhiyyədən danışmağa dəyməz.
Elmə qayğı alimlərin maaşının 3 kilo qoyun əti dəyərində artırılması ilə ölçülür.Uşaq pulunun miqdarını yazmaq belə utanc gətirir.Ordudan danışmağa dəyməz, yaralı yerimizdir.Hökumətin icra strukturlarında rüşvət preyskurantı mövcuddur.Yüksək vəzifəlilər – iri rüşvətxorlar toxunulmazlıq statusu qazanıblar.Torpaqların 20 faizi 20 ildir düşmən işğalında inildəyir.Hökmdar işsizliyin problem olduğunu sosial şəbəkədəki səhifəsində yazır.YAP ideoloqları son 5 ildə 900 min iş yeri açıldığını vurğulayır.Və analoqsuz inkişafdan dəm vururlar.Sadəcə, unudurlar ki, ölkədə ANALOQSUZ INKIŞAFIN, yoxsa ANALOQSUZ DƏRƏBƏYLIYIN tüğyan etdiyini təkcə qanmaz uşaqlar və bir də ruhi xəstələr dəyişik sala bilər.

Ağlı başında olanlar, yalnız başı ilə düşünənlər inkişafı dərəbəylikdən ayıra bilir.