“Bizim əsas diqqət mərkəzində olan prioritet məsələlərdən biri Azərbaycana uzaq mənzilli raketlərin gətirilməsidir”. Bunu ANS TV-yə eksklüziv açıqlamasında Türkiyənin İstanbul şəhərində “İDEF-2011” X beynəlxalq müdafiə sərgisində iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Nazir bununla bağlı Çinin iki şirkəti ilə danışıqlar aparıldığını qeyd edib.
“Uzaq mənzilli raketlərin Azərbayacana gətirilməsi istiqamətində artıq ilkin danışıqlar aparılıb. Bu danışıqlar yaxın vaxtlarda başa çatacaq. Mən ümidvaram ki, həmin yaylım atəşli və operativ taktiki raketlər Azərbaycana ən qısa müddətdə gətiriləcək”, deyə Y.Camalov vurğulayıb.