
Yetər deməyin zamanı çatıb…
İstiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli
Ey, bu VƏTƏNƏ, bu TORPAĞA , bu MƏMLƏKƏTƏ haqq edən kəslər! Ey, bu VƏTƏNİN, bu TORPAĞIN, bu MƏMLƏKƏTİN əsl sahibləri! Sizin istəyinizi, arzunuzu və sifarişinizi nəzərə alıb. Sizə güvənib, Sizə söykənib Milli Şura olaraq “Siyasi məhbuslara azadlıq! Represiyalara son!” tələbilə MİTİNQ qərarı verdik! Gördüyünüz kimi bu tələblər siyasi tələb deyil, heç sosial tələblər də deyil. Əslində humanizmdən doğan mənəvi tələblərdir. Çünki ölkədə mənəviyyatlı insanlara qarşı elə bir repressiya başlayıb ki, daha susmaq mümkün deyil, susduqca təzyiqlər artır. Artıq ən işıqlı, ən layiqli insanlar; sayılıb-seçilən ziyalılar, vətəndaş cəmiyyəti fəalları, ibadətlə məşqul olan inanclı adamlar təqib olunur. Hərəni bir adla, məsələn, dindarı narkotika aludəçisi kimi, milətçini vətən xaiini, içtimai fəalı isə cəsus kimi həbs edirlər. Toplumun ən aktiv, ən enerjili kəsimi olan gəncliyin daim nəzarət, basqı və təzyiq alltında saxlanması, sosial şəbəkə fəallarının, xüsusilə bloqerlərin izlənilməsi və təhdid edilməsi dözülməz hal alıb. Artıq ölkədə haqsızlıq, zorakılıq özbaşınalıq o həddə çatıb ki, ellikcə ayağa qalxıb YETƏR deməyin zamanıdır. Ya yetər deyib, represiyaları durduracaqsan! Ya da, bu gün onu, sabah məni, bir gün də səni həbs edəcəklər. Sonra bütün dünyaya car çəkib bizdə siyasi məhbus yoxdur, deyəcəklər.
Divalye ailəsinn miskin sonu: Tarixin ibrət dərsi…
Əhalinin say nisbətini götürsək heç bir ölkənin 100-ün çivarında siyasi məhbusu olmayıb. Bu rəqəm yalnız Azərbaycanda ola bilər, çünki burası siyasi məhbuslar ölkəsidir! Amma buna rəğmən, üzv olduqları, öhdəlik götürdükləri möhtəbər qurumların möhtəbər məclislərində “Bu qədər də siyasi məhbus olarmı?!”sualına görün nə cabab verirlər. Onlar siyasi məhbus deyillər. Onlar, sadəcə cinayətkardır; narkotika alüdəcisi, vətənini satan cəsuslar, vergidən yayınan, büdcəni dağıdan dələduzlardır, vəssalam. Sözə bir bax, narkotik aludəçisi deyəndə gündə beş rukət namaz qılan inanclı insanları, cəsus deyəndə millətciləri, dələduz deyəndə maarifçiləri nəzərdə tuturlar… Məmləkətin bu halı lap 80- cı illərin Haitisinə oxşayır. (O dövr tarixə “Haitilərin genasidi” kimi daxil olub) Siyasi məhbuslar və siyasi mühacirlər ölkəsinə çevrilən Haiti xalqı, nəhayət, elliklə ayağa qalxıb YETƏR , dedi. Və atadan oğula ötürülən Divalye ailəsinin 30 illik hakimiyyətinə-sülalə rejiminə son qoydu. Ölkədən qaçan və 25 il sürgün həyatı yaşan dünyanın ən varlı diktatoru olan Jan Divalye vətəni Haitiyə dünyanın ən yoxsul, ən miskin adamı kimi qayıtdı və ürək tutmasından vəfat etdi. Allahın barmağı yoxdur ki, basıb adamın gözünü çıxarda… Allah gec edir, amma güc edir!
Siyasi məhbuslar və siyasi mühacirlər ölkəsi…
200 milyardlıq neft, ustəgəl 200 milyardlıq da qaz ehtiyatı olan bir məmləkətin iki milyon beş yüz min mühaciri var. Bunun iki milyonu əmək mühaciridir, yəni öz ölkəsində iş tapa bilməyib özgə ölkələrə üz tutan miqrantlardır. Bir zamanlar bir tikə çörək dalınca Arazın o tayından bu tayına gələnlərə həmşəri deyərdilər. İndi bir tikə çörək dalınca Rusiyaya gedənlərə “bazar uşaqları”, Türkiyə gedənlərə “əlaman”, İrana gedənlərə isə babam deyirlər. Mən hələ otuz min Avropada siyasi sığınacaq alan və bir o qədər də növbə gözləyən siyasi mühacirləri demirəm.Tutaq ki, onlar bu rejimə müxalif olduqları üçün ölkəni tərk ediblər. Bəs, bu rejimə loyal olanlar niyə öz doğma yurdundan didərgigin düşüblər?! Niyə bu qədər yeraltı, bir o qədər də yer üstü sərvəti olan Azərbaycan vətəndaşları gün çörəyinə möhtac qalıb?! Niyə onlar bir tikə çörək pulu üçün dünyanın dörd bir tərəfinə səpələnib minbir əzab-əziyyətə qatlaşmalı, olmazın məhrumiyyətlərini yaşamalıdırlar?! Aylarla ailəsinin, üzünə həsrət qalan, arvad-uşağını görməyən, qışın soyuğunda, yayın istisində səhərdən axşama dükanda-bazarda piştaxta arxasında dayanan, güçədə-bacada qara fəhləlik edən, yeri gələndə ikinci sort hesab olunan, addımbaşı təhqirə məruz qalan, bu adamların günahı nədir?! Sərvəti milyardlarla ölçülən, amma əhalisi gün çörəyinə möhtac qalan, övladları tərki vətən olan, kişiləri qürbətdə qocalan, qadınları vətəndə qarıyan, uşağı sahibsiz qalan, cavanı intihar edən, qocası acından ölən bu məmləkətin suçu nədir?! Artıq bu suallara cavab sormanın zamanıdır! Yoxsa torpaq da, vətən də millət də əldən gedəcək…sonra gec olacaq…
Haqq edənlər hesab sormalı!
Elliklə ayağa qalxıb, hesab sormanın zamanı çatıb, ey vətən oğulları! Siz buna haqq edirsiniz! Çünki bu torpağın, bu ölkənin, bu vətənin əsl sahibi sizlərsiniz! Bu gün sahib çıxmasanız sabah gec olaçaq! Nə qədər ki, gec deyil, elliklə YETƏR deyib qalx ayağa həm özünü, həm övladlarını, həm də sahibi olduğun VƏTƏNİ azad et!


