Türkiyə parlamenti ölkə ordusunun İslam dövləti elan edən silahlı qruplaşmalara qarşı hərbi əməliyyatlarda iştirakına razılıq verib. Beləliklə, ABŞ-ın İŞİDə qarşı hərbi koalisiyasına Sədiyyə Ərəbistanı, Fransa, Britaniya ilə birlikdə Türkiyə qə qoşulur. Qərar İŞİD yaraqlıların Türkiyə sərhəddində başladıqları hücumlarla eyni vaxta təsadüf edir.
İndiyədək, Türkiyə nisbətən soyuqqanlı siyasətə üstünlük verir, qonşu Suriya ərazisində baş verənlərdən məsafə saxlamağa çalışsa da, Qərb ölkələrindən olan cihadçılar Suriyaya məhz Türkiyə ərazisindən keçdirdilər. Bundan başqa, İŞİD hücumlarından sonra ölkə nəhəng qaçqın dalğası ilə də üzləşib.


