Yevropol 1000-dən artıq şəxsi həbs edib
Avropa Birliyi ölkələrinin hüquq mühafizə orqanları mütəşəkkil cinayətkarlığa qarşı geniş əməliyyat keçirib. Əməliyyat nəticəsində 8 günə mindən artıq adam həbs olunub.
Yevropolun məlumatına gönə, AB ölkələrinin birgə əməliyyatı «Arximed» adı ilə həyata keçirilib.
Əməliyyat nəticəsində 30 rümıniyalı uşaq insan alveri ilə məşğul olan dəstənin əlindən alınıb. Bir neçə Avropa ölkəsində cinayətkarlardan 200 kq heroin, 559 kq kokain və bir tonda artıq marixuana götürülüb. Polis insan alverində şübhəli bilinən 170 nəfəri həbs edib. Əməliyyat zamanı AB-nin müxtəlif ölkələrində 10 min miqrant yoxlanılıb.
«Arximed» əməliyyatı Yevropol tərəfindən Haaqadan koordinasiya edilib. Əməliyyatda AB-nin 28 ölkəsinin hamısı, həmçinin Avstraliya, Kolumbiya, Noveç, Serbiya, İsveçrə və ABŞ polisi iştirak edib.
Əsas diqqət Cənubi Avropaya və Balkanlara olub. Həbs edilən 1027 nəfərdən 200—ü Bolqarıstan, 250-i İspaniyada həyata keçirilib.
azadlıq.info


