“Qarabağ” qrup mərhələsinə heç heçə ilə başladı

Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına start verilib. Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün qrupda ilk oyununu keçirib.

F qrupunda mübarizə aparan “Qarabağ” öz meydanında Fransanın “Sent Etyen” klubu ilə qarşılaşıb. Tarixində ilk dəfə qrup mərhələsinə yüksələn Ağdam təmsilçisi azarkeşləri önündə sərfəli nəticə qazanmağa çalışacaqdı.  Bu matçda “Qarabağ” 0:0 hesabı ilə bərabərə qalıb.