AB yeni sanksiya siyahısını açıqladı

Avropa Birliyi Rusiyaya qarşı sanksiyalarını sərtləşdirib və sentyabrın 12-də yeni sanskiyaları elan edib.

Yeni siyahıya Rusiyanın “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərti salınıb. Onlar Avropadan kredit və maliyyə ala bilməyəcəklər.

Avropa Birliyi ikili təyinatlı məhsulların Rusiyanın müdafiə sənayesinə aid olan “Kalashnikov”, “Almaz-Antey”, “Ximkompozit” kimi konsernlərə göndərilməsini də qadağan edir.

“Uralvaqonzavod” kimi zavodlara və şirkətlərə uzunmüddətli kredit verilməsi qadağan olunur.

Sberbank, VTB, Qazprombank, VEB, Rosselxozbank kimi banklara isə kreditlər məhdudlaşdırılır.

Avropa şirkətlərinə dərin su qatlarında, arktikada neft kəşfiyyatı ilə bağlı Rusiya şirkətlərinə kömək qadağan olunur.   

Fərdlərin “Qara siyahısına” daha 24 şəxs əlavə olunub. Bunlar deputat Jirinovski, silah və texnologiya holdinqi Rostex-in rəhbəri Sergey Çemezov, Ukraynadakı separtaçıların liderləri və başqalarıdır.