Dondurlmuş pasportun izi ilə

Ölkədən çıxmasına naməlum səbəbdən qadağa qoyulan qəzetimizin əməkdaşı Natiq Ədilov (Güləhmədoğlu) məsələni aydınlaşdırmaq üçün daha bir rəsmi idarəyə-DİN-in Baş Pasport Qeydiyyat ve Miqrasiya İdarəsinə məktub yollayıb. Bu haqda o özü  “Azadlıq”a danışıb.  “ Bəlli olduğu kimi, məni sərhəddən keçməyə qoymayıblar və buna qarşılıq olaraq bircə onu deyiblər ki pasportunuzun fəaliyyəti dayandırılıb. Lakin, pasportun fəaliyyətsizləşdirilməsi haqqından mənə heç bir məlumat verilməyib. Odur ki, əlaqədar orqandan xahiş etmişəm ki, pasportumun fəaliyyətsizləşdirilməsi haqqında qərarın sürətini mənə təqdim edəsinlər,  bu barədə məni məlumatlandırsınlar”.

Siyavuş